Maraqlı

Di Kaprio ilk evini satır - FOTO

28 Dekabr 2018 16:08
0 Şərh     Baxış: 1 124

Amerikalı aktyor, Hollivud ulduzu Leonardo Di Kaprio ilk evini satır.

Milli.Az TMZ-yə istinadən bildirir ki, aktyor bu evi 1999-cu ildə, "Titanik" filmindəki baş rola görə aldığı qonorar hesabına əldə etmişdi.

Lors-Anceles şəhərinin Silver Leyk səmtində yerləşən, ispan memarlığı stilində olan evin satış qiyməti 1,749 milyon dollardır.

Aktyor bu evi 20 il əvvəl 772 min dollara almışdı. Evdə sonradan genişmiqyaslı, əsaslı təmir işləri görülüb.

1931-ci ildə tikilmiş 330 m2 sahəli malikanədə 4 yataq otağı, 4 vanna, lift, fransız qapılar və tağları otağı var.

Həyətdə isə 602 m2 sahəli hovuz mövcuddur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.