Türkiyəli aktrisa Aydan Şener Ukraynanın Milli 1+1 kanalında yayımlanan "Kübar Həyatı" proqramına qonaq olub.
Milli.Az publika-ya istinadən xəbər verir ki, verilişin aparıcısı Katerina Osadka çəkiliş heyəti ilə birlikdə bir günlük İstanbula gəlib. 1980-cı illərdə lentə alınan "Çalıquşu"nun Ukraynada hələ də çox izləndiyini söyləyən aparıcı aktrisanın tərəf müqabili Kənan Kalav haqqında sual verib. Aydan Şener bildirib ki, Kənan uzun illərdir ki, İspaniyada restoran işlədir:
"Hərdən bir Türkiyəyə gəlir, sevdiyim dostumdur. Telefonla əlaqə saxlayırıq".
Şener baş rolda Fahriye Evcenin çəkildiyi "Çalıquşu" serialından ona təklif gəldiyi, lakin qəbul etmədiyi iddiasına da cavab verib:
"Elə bir təklif gəlmədi. Amma gəlsəydi də, qəbul etməzdim".
"Kübar Həyatı" proqramına qonaq olan sənətçi cavanlıq sirlərini də bölüşüb:
"Bədənimlə barışan insanam. Həyata müsbət baxıram. Limon və ya bişmiş düyü suyundan üzüm üçün maska hazırlayıram".
Milli.Az