Maraqlı

Məşhur müğənni suda boğuldu - FOTO

19 Dekabr 2018 11:18
0 Şərh     Baxış: 2 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rumıniyanın ən məşhur müğənnilərindən olan Anka Pop həlak olub. O, maşınında boğulub.

Milli.Az European-a istinadən bildirir ki, Kanada vətəndaşı olan 34 yaşlı Anka Pop idarə etdiyi avtomobil Rumıyanın cənub-qərbindəki Danuba çayına düşməsi nəticəsində boğulub.

Olay dekabrın 16-da baş veroib.

Onun yoxa çıxdığını bacısı polisə xəbər vermişdi. Onun dediyinə görə, bacısı bazar axşamı ailəvi şam yeməyinə gəlməmişdi. Polis axtarışa başlayıb və bir müddət sonra dayverlər Anka Popun avtomobildəki cəsədini Danubada tapıblar.

Rumıniyada doğulmuş Anka Popun ailəsi 1987-ci ildə sabiq Yuqoslaviyaya mühacirət etmiş, siyasi sığınacaq almışdı. Buxarestdə məskunlaşandan 7 ay sonra ailə Kanadaya yollanmışdı.

Kanadada müğənnilik karyerasına başlayan Anka vətəni Rumıniyada kommunist rejim devirləndən sonra Buxarestə qayıtmışdı.

İfa etdiyi musiqi Balkan vəı meysntrim pop-musiqisinin qarışığı olan Anka Popun ən məşhur mahnıları "Loco Poco", "Super Cool" və "Free Love" idi.

Yaponiyada pox populyar olan Anka Poa məşhur bəstəkar Qoran Breqoviçlə də əməkdaşlıq etmiş, "Champagne for Gypsies" albomunun hazırlanmasında iştirak etmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.