Maraqlı

İnanılmaz olsa da, belədir: milyarder uşaqlarını aldıqları hədiyyələr - VİDEO - FOTO

19 Dekabr 2018 10:26
51 Şərh     Baxış: 5 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2 yaşlı qıza 150 min dollarlıq brilyant boyunbağı hədiyyə olunarmı? Yaxud 4 yaşlı oğlana 450 min dollarlıq evi Yeni İl hədiyyəsi kimi bağışlayarlarmı?! "Yox" deməyə tələsməyin. Çünki bu mümkündür.

Bir şərtlə ki, hədiyyə alanlar multimilyonçu və ya milyarder övladları ola.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Britaniyanın Channel 5 telekanalında nümayiş olunan "Billionaire Babies" sənədli serialında belə zəngin ailələrdəki övladların superlüks yaşamlarından, daha dəqiq olsaq, onların aldıqları hədiyyələrdən bəhs olunur.

Milyarder övladlarının aldıqları hədiyyələr də, təbii ki, çox bahalı olur.

Məsələn, ad günü üçün 150 min dollar xərclənən 1 yaşlı uşaqla yalnız çox nadir mirvari qaşlı, 1 milyon dollar dəyərində üzük hədiyyə alan 3 yaşlı qız "rəqabət" apara bilər.

Və yaxud uşaq bağçasına getmək istəmədiyi üçün atasının malikanəsinin bağında 4 mərtəbəli, 21 otaqlı uşaq bağçası tikdirdiyi 2 yaşlı oğlan təki. Bu "özəl", cəmi 1 uşaq üçün nəzərdə tutulmuş uşaq bağçasında 12 tərbiyəçi, 3 aşpaz, 5 mühafizəçi və başqa şəxslər - ümumiyyətlə, 37 nəfər çalışır.

Digər milyarder isə 5 yaşlı qızına ad günü hədiyyəsi qismində Kaliforniyada malikanə, üstəlik helikopter hədiyyə edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İnanılmaz olsa da, belədir: milyarder uşaqlarını aldıqları hədiyyələr

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.