Maraqlı

Qonşu qızı sevindirən, lakin vəfat edən "Santa Klaus"

19 Dekabr 2018 08:35
2 Şərh     Baxış: 1 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

86 yaşlı Uels sakini Ken Uotsonun ölümündən sonra onun qızı atasının qonşu qıza 2032-ci ilə qədər hazırladığı hədiyyələri təhvil verib. Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ken Uotsonun qonşusu "Twitter" sosial şəbəkəsində yazıb.

Uotson 100 il yaşamağı nəzərdə tuturdu və ona görə qonşu qızın 16 yaşına çatanadək Milad hədiyyələrini hazır etmişdi. Lakin Ken Uotson 86 yaşında vəfat edib.

Qonşu yazıb ki, 2012-ci Uotsonun həyat yoldaşı vəfat etdikdən sonra Ken macəralar və ünsiyyət axtarırdı.

Qonşunun dediyinə görə, Ken onların qızına hər il Milad bayramında hədiyyələr verərdi.

2032-ci ilə qədər hədiyyələr alan qonşu nə edəcəyini bilmədiyindən sosial şəbəkədə hətta sorğu da yerləşdirib. Sorğuda hədiyyələri indi açmaq ya da 2032-ci ilə qədər gözləmək variantları qeyd olunub. 5 mindən çox istifadəçi hədiyyələri 2032-ci ildə açmağı tövsiyə edib.

Qonşu buna baxmayaraq artıq bu il üçün hədiyyəni açıb. Hədiyyə Tom Ungererin "Melloplar Miladı necə bayram edirdilər" adlı kitab olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.