Maraqlı

Qeyri-adi cəza: hər ay "Bambi" cizgi filminə baxacaq

18 Dekabr 2018 20:14
1 Şərh     Baxış: 2 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da Missuri ştatında qanunsuz ovçuluq fəaliyyətinə görə həbs olunan şəxsə qeyri-qadi cəza verilib.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, avqust ayında tutulan Devid Berri Cr. 1 il müddətinə azadlıqdan məhrum edilib. Maraqlısı isə budur o, həbsdə olduğu müddətdə hər ay "Disney"in klassik cizgi filmlərindən olan "Bambi"ni izləyəcək.

Cizgi filmi anası ovçular tərəfindən öldürülmüş "Bambi" adlı ceyran balasının həyatından bəhs edir.
Berri həmçinin qanunsuz olaraq yüzlərlə ceyran ovladığı üçün ovçuluq lisenziyasından da ömürlük məhrum edilib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.