Maraqlı

30 illik müharibə dövründən qalma xəzinə tapılıb

19 Dekabr 2018 07:28
0 Şərh     Baxış: 3 417
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çexiyanın Pardubitse diyarındakı Kraliki qəsəbəsində yaşayan bir fermer qəsəbənin yaxınlığındakı çəmənlikdə dəri kisəyə yığılıb yerin səthindən bir qədər aşağıda qazılıb gizlədilmiş 6 ədəd qızıl sikkə aşkar edib. Osmanlı İmperiyasında, Avstriya-Macarıstan, Polşa və Niderlandda zərb edilmiş bu sikkələrin 30 illik müharibə dövründə gizlədilməsi ehtimal edilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu gün Pardubitsedə keçirilən mətbuat konfransında həmin tapıntı barədə rəsmi məlumat verilib. Alimlərin fikrincə, bu pullar bir muzdlu qatilə ödənilmiş haqq və ya qarətçinin əldə etdiyi qənimət ola bilər.

Çexiya qanunlarına görə, tapılmış xəzinənin dəyərinin 10 faizi onu tapan şəxsə ödənilir. İndi fermer bu tapıntının qiymətləndirilməsini gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.