Maraqlı

Yox olmağa doğru gedən planet aşkarlanıb

20 Dekabr 2018 23:10
0 Şərh     Baxış: 1 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Jon Hopkins universitetinin alimləri, Neptun planeti ölçüsündə "GJ 3470b" exoplanet aşkar ediblər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu planet yerdən 96 işıq ili məsafəsində yerləşərək, qırmızı ulduz ətrafında dövr edir. "Hubble Space" teleskopunun köməkliyi ilə astronomlar, "GJ 3470b" exoplanetnin atmosferinin kifayət qədər hissəsini itirib və itirməyi davam etməsini aşkar edib.

Exoplanet sinifinə aid olan Neptun planetinə, Yupiterə, qaya formalı planetlərə nisbətən daha gec rast gəlmək olar. Bu, onun əsas ulduza daha yaxın olmasına görədir və belə hal, onların buxarlanmasına gətirib çıxarır.

GJ 3470b-ın aşağı sıxlığı, qızmış atmosferi saxlaya bilmir. "GJ 436b" 4-8 milyard il ərzində buxarlanmalı olduğu halda, o, iki milyard il ərzində artıq kifayət qədər buxarlanıb. Bu, əsas ulduzun saçdığı güclü radiasiyanın nəticəsindədir.

Son göstəricilərə əsasən "GJ 3470b", artıq 35 % kütləsini itirib. Onun tamam buxarlanmasının bir neçə milyard ildən sonra baş verəcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.