Maraqlı

Bu silah gələcək müharibələrin taleyini həll edəcək: 2019-CU İLDƏ...

19 Dekabr 2018 08:31
0 Şərh     Baxış: 1 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Palantin" və "Tirada-2S" radio elektron mübarizəsinin ən müasir kompleksləri ilk dəfə 2019-cu ildə Mərkəzi hərbi dairənin silahlanmasına daxil olacaq.

Milli.Az xəbər verir ki, bu haqda hərbi dairənin mətbuat xidməti bildirib.

"Tirada-2S" kompleksi peyk əlaqəsinin sıradan çıxarmağa qadirdir. Bu halda, peyklərin işçi vəziyyətdən çıxardılması bilavasitə Yer kürəsinin səthindən həyata keçirilə bilər", - hərbi müəssisədən bildiriblər.

Radioelektron mübarizəsinin ən yeni yüksək mobil kompleksi olan "Palantin" rəqibin radio əlaqəsi üzrə mövcud və perspektivli sistemlərinin sıradan çıxarılması, həmçinin radio elektron kəşfiyyatının aparılması üçün nəzərdə tutulub.

Məlumatına görə, aparaturanın imkanları qısadalğalı və ultraqısadalğalı diapazonlarda düşməni kor etməyə, həmçinin onu mobil rabitədən məhrum etməyə imkan verir.

Qeyd edək ki, hərbi ekspertlərə görə, gələcək müharibələrin taleyinin müəyyən edilməsində kosmik məkanda əldə edilən üstünlük, o cümlədən kəşfiyyat peyklərinin fəaliyyəti mühüm rol oynayacaq. Bu baxımdan, dünyanın böyük dövlətləri müharibələr zamanı düşmənin peyklərini məhv edəcək silahlarla bağlı geniş araşdırmalar aparırlar.

ABŞ-da isə hesab edilər ki, Rusiya ən azı 1980-ci illərdən anti-peyk silahının tədqiqatı ilə məşğul olur. Eyni zamanda, Çinin bu sahədəki fəaliyyətindən də narahatlıq ifadə edilir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.