Maraqlı

Nyu-Cersi ABŞ-da vəhşi heyvanlarla sirk tamaşalarının qadağan edildiyi ilk ştat olub

17 Dekabr 2018 23:58
0 Şərh     Baxış: 1 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nyu-Cersi ştatında vəhşi heyvanlarla sirk tamaşalarını qadağan qanun qəbul olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni qanun layihəsi ştatın qanunverici məclisinə 2018-ci ilin yanvar ayında təqdim olunub. Bu sənəd məclisin aşağı palatasında cəmi iki səs əleyhinə olmaqla səs çoxluğu ilə, sonra isə yuxarı palatada yekdilliklə qəbul edilib.

Ştatın əvvəlki qubernatoru Kris Kristi əvvəlcə qanun layihəsini imzalayacağını vəd edib, lakin bu vəzifədən getməzdən əvvəl lap son məqamda həmin sənədi imzalamaqdan imtina edib. Nəticədə qanun layihəsi ştatın yeni qubernatoru Fil Merfi tərəfindən imzalanıb.

Qanun layihəsi artrit xəstəliyindən əziyyət çəkən "Nousi" ləqəbli 36 yaşlı Afrika filinin şərəfinə "Nousi qanunu" adlandırılıb. Yeni qanun layihəsinə əsasən, sirk tamaşalarında vəhşi heyvanlardan istifadə edilməsi qadağan olunur. Səyyar sirkin əvvəlki sahibinin Nousi ilə qəddar davranması barədə məlumat mətbuata sızandan sonra ştatın hakimiyyət orqanları müvafiq tədbirlər görüblər. 2017-ci ildə məhkəmə Nousi adlı fili səyyar sirkin əvvəlki sahibinin əlindən alınması və həmin şəxsin həbs edilməsi barədə qərar çıxarıb. O vaxtdan Nousi heyvanlar üçün sığınacaqda yaşayır.

Bu qanun qüvvəyə minəndən sonra heç bir sirk, karnaval, parad, yarmarka və ya uşaqlar üçün zoopark tamaşaçılara filləri, pələngləri və digər ekzotik vəhşi heyvanları göstərə bilməyəcək.

Qubernator Merfi yeni qanun layihəsinin imzalanması ilə əlaqədar öz rəsmi bəyanatında bildirib ki, bu sənədi imzalamasına görə qürur hissi keçirir və onun ştatında vəhşi və ekzotik heyvanların istismar edilməsinə və onlarla qəddar rəftara yol verməyəcək. Qubernator qeyd edib ki, vəhşi heyvanlar onların özünün və ətrafdakıların təhlükəsizliyinə təminat verilməyən tamaşalarda iştirak etməməli, təbii mühitdə və ya qoruqlarda yaşamalıdırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.