Maraqlı

Pekindəki "Yasaq şəhər" bu il dünyanın ən çox ziyarət edilən muzeyi olub

18 Dekabr 2018 00:00
0 Şərh     Baxış: 1 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çindəki "Yasaq şəhər", qədimdə imperatorun qış iqamətgahı, indi isə "Ququn" ("Qədim saray") kompleksi 2018-ci ildə dünyanın ən çox ziyarət edilən muzeyi olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Pekində yerləşən bu muzey ötən həftə 2018-ci il ərzində 17 milyonuncu ziyarətçini qəbul edib ki, bu da ötən illə müqayisədə 6,25 faiz çoxdur. Hazırda Yasaq şəhərə gündə 80 mindən çox ziyarətçi buraxılmır. Muzeyin memarlığının və eksponatların qorunmasına yönələn bu məhdudiyyət artıq iki aydan çoxdur ki, qüvvədədir.

"Ququn" muzeyi ilkin olaraq 1925-ci ildə imperator sarayları kompleksinin ərazisində yaradılıb. Pekinin bu hissəsi "Yasaq şəhər" adı ilə tanınır. Burada 1,86 milyonadək eksponat var və onların yalnız 2 faizi sərgilərdə və daimi ekspozisiyalarda nümayiş olunub.

2002-ci ildə "Yasaq şəhər" ərazisinin yalnız üçdəbir hissəsi ictimai baxışa açıq idisə, indi artıq 80 faizi əlçatandır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.