Maraqlı

Hadisənin özəl sirrini mətbuata açan məşhur: “Namusuma and içirəm ki..." - FOTO

17 Dekabr 2018 15:05
0 Şərh     Baxış: 3 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Hadisənin anası Gülnihal Açıkgözün intihar xəbərini mətbuata yayan modelyer Nur Yerlitaş canlı yayımda üzr istəyib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Hadisə bu yaxınlarda verdiyi müsahibəsində Nur Yerlitaşa qarşı qəzəbli olduğunu və "Mənim özəlimi bütün Türkiyə ilə bölüşdü. Bizdən üzr istəsin" deyə açıqlama vermişdi.

Modelyer bu səhər kanal D-nin "2-ci sayfa" verilişinə bağlanaraq Hadisədən milyon dəfə üzr istəyib: "Namusum üzərinə and içirəm ki, o canlı yayımda nə danışdığımı xatırlamıram. Avqust ayında əməliyyat olmuşam. Mən bir anayla bağlı pis nə danışa bilərəm ki? Bacısının davranışına hirslənmişdim. Bax bu doğrudur. Oxudum ki, Hadisə çox inciyib. Hadisədən üzr istədim, bunu Seda Sayan da bilir.

3 həftə sonra o proqrama nə üçün bağlandığımı və nə yaşadığımı bilmirəm, 1,5 ildir ki, beyin xərçəngi olmuşam, bundan da xəbərim yox idi. Hadisədən üzr istəyirəm. Min dəfə də üzr istəyərəm. Acun mənə zəng edib "Hadisə səninlə əlaqə saxlayacaq" dedi. O qədər zərif və o qədər kübar idi ki... Milyon dəfə üzr istəyirəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.