Maraqlı

Kasıblıqdan və borcdan qurtulmaq istəyirsinizsə...

18 Dekabr 2018 21:55
4 Şərh     Baxış: 2 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kim "Qədr" surəsini 360 dəfə oxusa, istədiyi hacətə nail olar və "Qədr" surəsini həmən miqdarda oxumaq ruzinin artması, kasıblığın dəfi və borcun qaytarılması üçün də təcrübə edilmişdir".

(Feyz Kaşani, "Ləyalil məxzunəh").

"Ər-Raziq" (Ruzi verən) və "ya Vasi" (Genişləndirən) zikrini demək ruzinin artmasına səbəb olar. Bunları deyən heç vaxt möhtac olmaz"

(Həmən mənbə).

Həzrət Əlidən (ə) rəvayət edilir ki, borcun qaytarılması və kasıblığın dəf olması niyyəti ilə 40 gün ardıcıl olaraq gündə 1 dəfə "Muzəmmil", 1 dəfə "Vaqiə", 1 dəfə "əl-Ləyl" və 1 dəfə "İnşirah" surəsini, sonra isə aşağıdakı duanı oxuyun: "Ya raziqəs-sailin, ya rahiməl məsakin, ya vəliyyəl muminin, ya ğiyasəl mustəğisin, ya ərhəmər-rahiminə səlli əla Muhəmmdəin və Ali Muhəmməd. Vəkfini bihəlalikə ən həramikə və bitaətikə ən məsiyətik. Və əğnini ən həramikə əmmən sivakə ya ilahəl aləmin. Və səlləllahu əla Muhəmmədin və alihi əcməin" (Tərcüməsi: Ey istəyənlərə ruzi verən! Ey miskinlərə rəhm edən! Ey möminlərin vəlisi! Ey yardım istəyənlərin imdadına yetişən! Ey mərhəmətlilərin ən mərhəmətlisi! Salamın Peyğəmbər və onun ailəsinin üzərindən əskik olmasın! Öz halalınla məni haram etdiklərindən, bəxş etdiyin itaətlə isə Sənə qarşı üsyandan qoru! Öz lütfünü mənə ehsan et ki, ondan başqa bir şeyə yönəlməyim! Ey aləmlərin Rəbbi, Peyğəmbər və onun ailəsinə salamın olsun!).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.