Maraqlı

Quran xətm edərkən bir surəni yarımçıq oxuyub saxlamaq olarmı?

18 Dekabr 2018 21:40
0 Şərh     Baxış: 1 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurani-Kərim oxuyarkən öz diqqətini ayələr üzərində toplamaq, tilavəti əbəs yerə yarımçıq kəsməmək müstəhəbdir. Yaxşı olar ki, imkan daxilində Quranın bütöv surəsi oxunsun.

Milli.Az islam.az-a istinadən bildirir ki, amma dinimiz könülsüz halda, həmçinin, vacib iş olduğu zaman məcburən Quran oxumağı da bəyənmir. Buna görə də Quran tilavətini istənilən ayənin sonunda kəsməyə icazə verilir. Bu zaman "sadaqallahul-Əliyyul-Əzim", yəni "uca və əzəmətli Allah doğru buyurdu" cümləsini söyləmək və salavat demək müstəhəbdir. Növbəti dəfə Quran oxuyarkən həmin qaldığı yerdən tilavəti davam etdirmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.