Maraqlı

Xoşbəxt insan kimdir?

18 Dekabr 2018 21:45
1 Şərh     Baxış: 3 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xoşbəxt insan kimdir? Əmirəl-möminin (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurur: "Xoş olsun o kəsin halına ki, müsəlman olsun, adi güzəranı olsun və (bədən) qüvvələri də yerində olsun".

Bu hədis xoşbəxt insandan bəhs edir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbərin (s) nəzərinə görə xoşbəxt insan o kəsdir ki, üç şeyə malik olar:

1. İslam dininə. O kəs ki, müsəlman olar və İslam dininə təslim olar, həqiqətən də xoşbəxtdir. Çünki hidayət olmuş və tək Allaha tərəf qədəm basmaqdadır. Böyük Peyğəmbərin (s) və Quranın buyurduqlarına əməl edərək, özünü Allaha yaxınlaşdırar və təqva əhli olmağa cəhd edər. Hər kim təqva əhli olar, xilas olmuşların zümrəsinə qoşular və axirəti üçün azuqəsi olar. Saleh əməllər yerinə yetirər və imanını gücləndirər.

2. Güzəranı kifayət həddə olar. Yəni, əlində olanlara qane olar və onların qədrini bilər. Onlar üçün şükür edər və başqalarının əlində olana gözünü yumar.

3. Sağlam olar. Sağlamlıq elə bir nemətdir ki, çox vaxt insan onu əldən verən zaman qədrini bilər. Bu cür nemət insanın əlində olan böyük bir silah kimidir. Hələ ki, bədəni sağlamdır, ruhu da sağlamdır deməkdir. Bu insan həm dünyası və həm də axirəti üçün faydalı insan olar. Həm ibadətində və həm də ruzi qazanmaqda irəlidə olar. Bəli, bu cür insan həqiqətən də xoşbəxtdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.