Maraqlı

"Serve" adlı robot-kuryer təqdim edilib

18 Dekabr 2018 08:46
0 Şərh     Baxış: 1 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Postmates" loqistika operatoru çəkisi 22 kq-dək olan bağlamaları 48 km-dək daşıya biləcək "Serve" adlı robot-kuryerini təqdim edib. Bu haqda şirkətin bloqunda məlumat verilib.
 
Milli.Az Ictnews-a istinadən bildirir ki, robot-kuryer lidar və kompüter görmə texnologiyalarının köməyi ilə istiqaməti təyin edəcək. Müştərilər robotun korpusundakı interaktiv ekranlardan istifadə edərək bağlamanı götürə biləcəklər. Bu halda robotlar kuryerləri əvəz etməyəcək: insanlar onların köməyilə çoxlu mal daşıya biləcək, bundan başqa, gələcəkdə bu kuryerlər çatdırılma üçün yük maşınlarını tamamilə əvəz edəcək.
 
Robot-kuryerin işini operator uzaq məsafədən izləyəcək. İnsanın sözügedən qurğu ilə problemi yarandıqda, o, xüsusi düyməyə sıxmaqla operatorla videokonfrans rejimində danışa bilər.
 
"Serve" robot kuryerinin istismara verilmə vaxtı hələ ki məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.