Maraqlı

Smartfondan idarə olunan "ağıllı" həb hazırlanıb

18 Dekabr 2018 08:35
0 Şərh     Baxış: 1 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Massaçusets Texnologiya İnstitutu, Dreyper Universiteti və Briqama Qadın xəstəxanasından olan alimlər heyəti dərmanları mədədə buraxan və 1 ay ərzində bədən temperaturunu izləyən "ağıllı" həb hazırlayıblar. "Ağıllı" həb "3D" printerdə çap edilib.
 
Milli.Az Ictnews-a istinadən bildirir ki, insan bu həbi udan kimi onun örtüyü həll olur və Y şəkilli formada kiçik qurğu aşkar edilir. Qurğunun bu forması onun 1 ay müddətində mədəni tərk etməsinə imkan vermir.
 
Gümüş oksiddən hazırlanmış kiçik batareya sözügedən həbi enerji ilə təchiz edir, amma mütəxəssislər başqa enerji mənbələrini də araşdırırlar. Məsələn, həbi qəbul etmiş insanın mədə şirəsi enerji mənbəyi rolunda çıxış edə bilər.
 
Alimlər dərmanları smartfondan verilən əmrlərin köməyilə buraxacaq həb hazırlamağa ümid edirlər.
 
"Ağıllı" həb, həmçinin bədən temperaturunu izləyən və məlumatı "Bluetooth" vasitəsilə smartfona ötürən datçikə malikdir.
 
Bundan başqa "ağıllı" həb daxili təhlükəsizlik funksiyasına malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.