Maraqlı

2018-ci ilin ən zəif parollarının REYTİNQİ

18 Dekabr 2018 08:15
0 Şərh     Baxış: 1 374
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlumatların mühafizəsi sahəsində ixtisaslaşmış "SplashData" şirkəti 2018-ci ilin 100 ən zəif paroldan ibarət reytinqini tərtib edib. Reytinqdə ilk 2 pillədə 5-ci il ardıcıl olaraq "123456" və "password" parolları yer alıb.
 
Milli.Az Ictnews-a istinadən bildirir ki, 2018-ci il üzrə ən zəif parolların reytinqində ilk dəfə olaraq "Donald" şifri qeydə alınıb.
 
Ən zəif parolların onluğu aşağıdakı kimidir:
 
1. 123456
2. password
3. 123456789
4. 12345678
5. 12345
6. 111111
7. 1234567
8. sunshine
9. qwerty
10. iloveyou
 
Ekspertlər diqqətli olmağı və eyni parolu həm poçt, həm internet bank və başqa onlayn xidmətlərdə istifadə etməməyi tövsiyə edirlər. Təhlükəsiz parol ən azı 8 simvoldan ibarət olmalı, özündə rəqəm və hərfləri, həmçinin xüsusi simvolları (məsələn, altdan xətt, dollar və ya faiz) birləşdirməlidir. "1Password", "LastPass" və ya "Dashlane" kimi parol menecerləri təhlükəsiz parol yaratmağa imkan verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.