Maraqlı

Ən etibarlı avtomobillərin adları açıqlandı - REYTİNQ

15 Dekabr 2018 19:48
0 Şərh     Baxış: 1 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Toyota" konserninin avtomobilləri dünyanın ən etibarlı avtomobilləri adına laiq görülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, müvafiq reytinqi ABŞ-ın "CarMD" şirklətinin ekspertləri dərc edib.

Mütəxəssislər son 22 ildə istehsal olunan 5,6 milyon avtomobilin göstəricilərini analiz ediblər və hər marka üzrə mühərrikdə yaşanan probləmləri nəzərdən keçiriblər. Nəticə etibarı ilə, "Toyota" mühərrikləri ən yaxşı nəticə göstərib və ən "dözümlü" adına laiq görülüblər.

Reytinqdə ikinci yeri "Acura", üçüncü yeri isə "Hyundai" tutub. İlk beşliyə həmçinin "Honda" və "Mitsubishi" avtomobilləri də daxil olub. Ekspertlər həmçinin "Subaru", Buick", "Mercedes-Benz", "Lexus" və "Nissan" avtomobilərini də qeyd ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.