Maraqlı

Apple hələ də Çində iPhone satmağa davam edir

15 Dekabr 2018 08:21
0 Şərh     Baxış: 1 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10 dekabr tarixində Qualcomm şirkəti məhkəmə yolu ilə bir sıra iPhone modellərinin Çində satışlarına qadağa qoyulmasına nail olmuşdu. Lakin Apple şirkəti buna reaksiya verərək hələ də iPhone modellərini Çində satmağa davam edir. Qualcomm şirkətinin hüquqşünaslarının fikrincə bu üsul ilə Apple şirkəti məhkəmənin təyin etdiyi qərarı pozur. CNBC telekanalının efirində Qualcomm şirkəti bir sıra iPhone modellərinin Çində satılmasının qadağan edilməsinə baxmayaraq Apple şirkətinin hələ də bu satışları reallaşdırması üzrə sübutlar təqdim edib.

Milli.Az technote.az-a istinadən bildirir ki, Apple şirkətinin bu ölkədə bir neçə mağazaya sahib olmasını nəzərə alsaq bu heç də təəccüblü deyil. Beləliklə Apple şirkəti məhkəmə tərəfindən təyin olunmuş qərarda boşluq aşkar edərək öz cihazlarını satmağa davam edir. Qualcomm şirkətinin hüquqşünasları isə bununla bağlı tətdbirin görülməsi üzrə məhkəməyə müraciət edib. Apple şirkəti isə öz növbəsində bildirib ki, qərar pozuntusu iOS əməliyyat sisteminin yalnız köhnə versiyalarına sahib smartfon modelləri üçün keçərlidir.

Şirkətin sözlərinə əsasən iOS 12 əməliyyat sistemi isə Qualcomm şirkətinin patent qanunlarını pozmur. Belə ki, bütün cihazlar iOS 12 əməliyyat sistemi ilə satılırlar. Bu baxımdan Apple şirkəti sözügedən cihazları satmaq hüququnun olduğunu qeyd edib. Qadağanın bütün cihazlara və ya yalnız köhnə əməliyyat sisteminə sahib cihazlara şamil olunması isə məhkəmə tərəfindən təyin edilməlidir. Apple bildirib ki, məhkəmənin ilk qərarını şikayət edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.