Maraqlı

Yeni virus Android-li qurğulardan pul oğurlayır

15 Dekabr 2018 08:51
0 Şərh     Baxış: 1 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni virus "Android" sisteminin idarəetməsi altında işləyən telefondan pulu saniyələr ərzində oğurlayır. Kibertəhlükəsizlik sahəsi üzrə ekspertlər zərərverici proqram aşkar ediblər. Sözügedən mobil tətbiq "Google Play"  mağazasında yoxdur, ancaq onu internetdən yükləmək mümkündür. "Android Optimization" proqramı akkumulyatorun optimallaşdırılması kimi qələmə verilir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, hakerlər ödəniş sistemləri və messencerlərdə hesablara müdaxilə imkanı əldə edirlər. İstifadəçinin "PayPal" sistemindəki hesabı çox böyük riskə məruz qalır. Sadəcə, "PayPal" sistemində şəxsi kabinetə daxil olmanız kifayətdir ki, anında hesabınızdan 1000 avro oğurlansın. Troyan virusunun yaradıcıları acgözdürlər: proqram hər dəfə işə salınanda pul oğurlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.