Maraqlı

Bu aparat ulduz yağışı hissi yaradır

15 Dekabr 2018 08:59
0 Şərh     Baxış: 1 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya elmi tədqiqatçıları ulduz yağışı hissini yaratmağa imkan verən kosmik aparat ixtira ediblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, peykin təxminən 2 il sonra buraxılması nəzərdə tutulur. Layihənin yaradıcısı qismində ulduz yağışı ilə məşğul olan yerli "Ale So" şirkəti çıxış edir. Şirkətə, həmçinin Yaponiyanın bir sıra ali məktəbləri dəstək göstərir.  

Məlumata görə, kosmik aparatın eni 60 sm, hündürlüyü 80 sm, çəkisi isə təxminən 65 kq təşkil edəcək.

Süni kosmik aparatın ilk buraxılışı 2020-ci ilin yanvarına planlaşdırılır. Konstruksiya daxilində sonradan ulduz yağışının imitasiyası üçün tətbiq ediləcək 400 metal kürəcik quraşdırılıb.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.