Maraqlı

İnstagram yeni funksiyaları sınayır

15 Dekabr 2018 08:35
0 Şərh     Baxış: 1 417
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Instagram" proqramı çoxlu sayda abunəçisi olan istifadəçilər üçün şəxsi mesajlara girişi məhdudlaşdırmağa, həmçinin səhifə barədə daha ətraflı statistika əldə etməyə imkan verəcək yeni funksiyaları sınaqdan keçirir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, belə hesabın sahibi "Direct"ə ("Instagram"da şəxsi mesajlarla mübadilə xidməti) girişi yalnız müəyyən istifadəçilər üçün əlçatan edə bilər. Digər istifadəçilər isə ona yaza bilməyəcək.
 
"Biz "Instagram"ı fanat cəmiyyətlərinin yaradılması üçün ən yaxşı və ən sadə meydançaya çevirmək, həmçinin məzmun yaradıcılarına öz brendlərini yaratmaqda kömək etmək istəyirik" - internet şirkətin meneceri Eşli Yuki deyib.
 
Bundan başqa, bloqerlər daha təkmil statistika ilə təmin ediləcək ki, bu da onlara səhifənin populyarlığını və abunəçilərin aktivliyini ətraflı təhlil etməyə kömək edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.