Maraqlı

Vəftiz mərasimində vəhşilik - Qızın içindəki şeytan çıxmalıdır - VİDEO

14 Dekabr 2018 13:23
6 Şərh     Baxış: 2 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vəftiz (xaç suyuna salma) mərasimi zamanı çəkilən görüntülər təəccübləndirir.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, kadrlarda yepiskopun 2 yaşlı qızı vəhşicəsinə xaç suyuna salması əks olunub.

Görüntülər Rusiyadakı kilsələrin birində baş verib. Ilia Semiletov adlı yepiskop çılpaq qızın belindən tutaraq onun başını güclə suya salıb, çıxardıb. O, qızın ağlamağına əhəmiyyət belə vermədən bu hərəkəti bir neçə dəfə təkrarlayıb.

Mərasim zamanı yepiskopa müdaxilə edən olmayıb, əksinə ətrafdakılar onun hərəkətinə gülüblər.

Yepiskop bu hərəkətinə görə mühakimə olunsa da, qızın ailəsi ondan şikayət etməyiblər. Əksinə, yepiskopa minnətdarlıqlarını bildiriblər.

Kilsədəkilərdən biri ifadəsində qızın içindəki "şeytan" çıxmadığına görə yepiskopun belə etdiyini söyləyib.

Görüntüləri izləmək üçün bura klikləyin.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.