Maraqlı

Kraliça 16 min funt sterlinq maaşa xadimə axtarır

13 Dekabr 2018 20:44
0 Şərh     Baxış: 1 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin kral ailəsi saray və qalalarında işləmək üçün xidmətçi axtarır.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, işə götürüləcək şəxs Londondakı mülklərdə və ya Vindzor qalasında işləyəcək. Onun illik maaşı 16 min funt sterlinq olacaq. Bu şəxsin şahzadə Harri və Meqan Markl ilə də işləmək ehtimal var.

İngilis mətbuatının xəbərinə əsasən, Meqan Markl bir çox köməkçisini qovub və saray işçilərinə əziyyət verir.

"Daily Mirror" qəzetinin xəbərinə görə, ildə 33 gün məzuniyyət haqqı olan xidmətçi həftədə 5 gün işləyəcək. Bundan əlavə, pensiyasının 15 faizi ödəniləcək və yeməyi də saraydan olacaq.

Müraciətlər 1 yanvar tarixinə qədər qəbul ediləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.