Maraqlı

Miqren əleyhinə 5 effektli metod

13 Dekabr 2018 23:05
0 Şərh     Baxış: 2 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Miqren baş ağrıları arasında ən qəribəsi, ən dözülməzi və ən çətinidir.

Miqrenin səbəbi damarların sıxılması sayılır.

Miqren nevroloji tutmadır. Daha çox qadınlarda rast gəlinir, amma kişilər və uşaqlar da istisna deyil.

Miqrenin 2 növü var: auralı və aurasız.

Milli.Az medicina.az-a istinadən miqren tutmalarından öncə və tutma zamanı köməyinizə gələcək sadə üsulları təqdim edir.

Auralı miqrendə göz önündə işıq ləkələri yaranır, görmə zəifləyir, hətta sanki itir, ürəkbulanma, qusma ola bilir.

Miqreni çağıran səbəblər: bəzi qidalar, alkoqol, gec yemək, az yemək, az su qəbulu, ağır fiziki iş, uzun müddət yol getmək, nəqliyyat, kəskin qoxular, ətirlər, güclü işıq, menstruasiya, stres, qorxu, hormonal dərmanların qəbulu, qan dövranı pozulması.

Bəzi insanlar miqren tutmasından əvvəlki gündə qıcıqlanma, yorğunluq, gücsüzlük, bəziləri isə əksinə güclü iştah və aktivlik, aqressivlik hiss edir.

Miqren tutmalarını necə yüngülləşdirməli?

1. Soyuq kompresslər - parça və ya dəsmal arasına qoyulmuş buzu alın, gicgah və boyunda 10 dəqiqə saxlamaq.

2. Yüngül massaj - barmaqların ucu ilə yüngül, rahatladıcı masaj beyinə ağrı siqnallarını blok etməyə kömək edir, serotoninin  sintezini artırır.

3. Maqnezium tərkibli preparatlar qəbul etmək. Miqren çox vaxt orqanizmdə maqneziumun defisiti ilə bağlı olur. Maqnezium  banan, zəncəfil, qoz, göyərti və paxlalılarda var.

4. Qıcıqlandırıcı ərzaqlardan uzaqlaşmaq- şokolad, qəhvə, kakao, kolbasa, konserv, dondurma, pendir, yumurta, un miqreni çağırır. Öz miqren gündəliyinizi tərgib edib, orda konkret hansı yemək və qidalardan sonra miqren olduğunu təyin edə bilərsiz.

5. Maksimum sakit, qaranlıq və sərin yer tapın. Miqrenin ən güclü mərhələsində köməyinizə yuxu və qaranlıq otaq gələ bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.