Maraqlı

Şahzadə Diananın ipək paltarı hərracda 202 min dollara satılıb

12 Dekabr 2018 23:18
0 Şərh     Baxış: 1 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şahzadə Diananın (1961-1997) 1994-cü ildə 200 funt-sterlinqə (255 dollar) aldığı fil dişi rəngli ipək paltarı Londonun "Kerry Taylor" hərracında 161 min funt-sterlinqə (202 min dollar) satılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, paltarı ABŞ-ın muzeylərindən biri alıb. Diana modelyer Devid Emanuel tərəfindən hazırlanan paltarı 1986-cı ildə Bəhreyndə keçirilmiş kral tədbirində geyinib, səkkiz il sonra isə onu xeyriyyə təşkilatına bağışlayıb.

Böyük Britaniyanın hazırkı kraliçası II Elizabet - Elizabet Aleksandra Mariyanın sevimli kuklası kolleksiyaçılar üçün daha bir maraqlı lot olub. 1935-ci ildə "Chad Valley toys" kompaniyasının fabrikində istehsal olunan 35,5 santimetr hündürlüyə malik mavi gözlü kukla 3,1 min funt-sterlinqə (3,9 min dollar) alıcı tapıb.

Elizabet və bacısı Marqaret böyüdükdən sonra oyuncaq onların dayəsi Klara Nayta qalıb, o da gəlinciyi Şərqi Sasseks qraflığında yaşayan qohumlarına göndərib. Sonradan dayənin ailəsi kuklanı satışa çıxarıb və o, şəxsi kolleksiyaya düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.