Maraqlı

ABŞ prezidentlərinin evlilikləri - FOTO

12 Dekabr 2018 22:44
0 Şərh     Baxış: 1 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Siz ABŞ prezidentlərinin toylarının dəbdəbəli mərasimlər olduğunu düşünə bilərsiniz, lakin Ağ Evdə yaşayana qədər bu cütlüklərdən çoxu sıradan bir gənc və bir-birinə aşiq idilər.

Milli.Az bildirir ki, oxu.az-ın hazırladığı materialda, onlardan bəzilərinin evlilik mərasimlərinin necə təvazökar olduğunu, birinci xanımlardan birinin gəlinlik paltarını toydan cəmi bir gün öncə seçdiyini, ilk prezidentin dul qadınla evləndiyini bildikdə təəccüblənəcəksiniz.

1905-ci ildə prezident Teodor Ruzveltin qardaşı qızı olan Eleonora Ruzvelt onun digər qohumu olan Franklin Delano Ruzveltlə ailə həyatı qurub. Onlar tanış olanda Eleonoranın 14, Franklinin isə 18 yaşı olub. Əlaqə kəsiləndən dörd il sonra onlar "Madison Square Garden"də at yarışı zamanı yenidən görüşublər. Evlilik təklifi zamanı Franklinin 22, Eleonoranın isə 19 yaşı olub. Xanımın hündür boğazlı gəlinlik paltarını eleqant şlyapa tamamlayıb.

Qeyd edək ki, Teodor Ruzvelt ABŞ-ın 26-cı, Franklin Ruzvelt isə 1933-1945-ci illər ərzində ABŞ-ın 32-ci prezidenti olub.

1953-cü ildə Ceki Buviye Anna Lou adlı dizaynerə gəlinlik paltarı sifariş edib, lakin toya 10 gün qalmış su xəttinin partlaması səbəbindən Lounun çalışdığı yeri su basıb və on ədəd gəlinlik paltarı, o cümlədən iki ay ərzində hazırladığı Cekinin gəlinlik paltarı yararsız hala düşüb.

Təşvişə düşən Lou yenidən fransız tafta parçası sifariş edərək öz işçiləri ilə birlikdə yalnız son anda Jaklin Kennedinin gəlinlik paltarını hazırlaya bilib.

1953-cü ilin sentyabrın 12-də baş tutan evlilik zamanı cütlük mərasimə 800 qonaq dəvət edib və mərasim Okean sahilində Müqəddəs Mariya kilsəsində baş tutub. Yeni evlənənlərə Roma Papası da xeyir-dua verib.

Qeyd edək ki, onlar görüşdükdən iki il sonra Con Fitcerald Kennedi evlilik təklifi edib və sevgilisinə 2.9 karatlıq brilyant və zümrüd nişan üzüyü hədiyyə edib. Jaklin Kennedi həm də ilk katolik birinci xanım olub.

ABŞ-ın 41-ci prezidenti olmuş Corc Herbert Uolker Buş öz gələcək həyat yoldaşı Barbara Pirs ilə hələ yeniyetmə olarkən tanış olub. ABŞ-ın keçmiş prezidenti Corc Uolker Buş "41" adlı sənədli filmin çəkilişləri zamanı onların ilk görüşləri haqqında danışıb:

"Milad bayramı zamanı rəqs şənliyində idim və orada qırmızı və yaşıl rəngli paltarda bir qız var idi. Mən o gözəl qızın kim olduğunu soruşdum və mənə onun Nyu-Yorklu Barbara Pirs olduğunu söylədilər".

Cütlük 1945-ci ildə ailə həyatı qurub və Barbara Corcun anasının öz toyunda geyindiyi fatanı geyinib.

Laura Leyn Uelş kiçik Corc Buşla 5 noyabr 1977-ci ildə uşaq ikən getdiyi kilsədə, Texasda ailə həyatı qurub. Qayınanasından fərqli olaraq, Laura təmtəraqlı gəlinlik deyil, sadə bəyaz gəlinlik geyinib. Onlar həmin ilin iyul ayında piknik zamanı tanış olublar və cəmi üç ay sonra ailə həyatı qurublar. Corc Buş Texas ştatının qubernatoru olaraq çalışdıqdan sonra 2001-ci ildə ABŞ-ın prezidenti olub.

Hillari Dayan Rodam gələcək prezident Bill Klintonla birlikdə təhsil aldıqları Yeyl hüquq məktəbində tanış olublar. Bill kitabxanada gözlərini ona zillədikdən sonra Hillari yaxınlaşıb və özünü təqdim edib. Onlar bir-birlərinə aşiq olublar və üç il sonra Bill evlilik təklifi edib.

Bill təmtəraqlı toy arzulasa da, Hillari heç nişan üzüyü barədə belə düşünməyib. Onun gəlinlik paltarını isə toya bir gün qalmış anası "Fayetvil Mall"dan alıb. Cütlüyün toyu evlərinin qonaq otağında baş tutub.

Bil Klinton Hillarini razı salmadan öncə dəfələrlə ona evlilik təklifi edib. Hillari sonradan bildirib:

"Mən ona dəlicəsinə aşiq idim, lakin gələcəyim barədə narahat idim. Ona görə "Yox, indi yox" cavabını verirdim ki, bunun da anlamı "Mənə bir az zaman ver" demək idi".

Bəs onun fikrini dəyişməyə nə vadar edib? Bill Hillarinin bəyəndiyi evi birlikdə yaşamaları üçün alıb. Bundan sonra Hillari onun nə qədər ciddi olduğunu anlayıb və təklifə razılıq verib.

Hilari və Bill Klinton kimi, Obamalar da hüquqa olan maraqları sayəsində tanış olublar. Onlar Çikaqoda birlikdə çalışdıqları "Sidli Ostin" hüquq firmasında tanış olublar. Mişel Obama öz iş yoldaşı ilə görüşmək istəməyib, lakin Barak inad edib və 1989-cu ildə onlar gorüşməyə başlayıblar. Üç ildən sonra onların toyları Çikaqonun Triniti Yunayted Çörç kilsəsində baş tutub.

Rozalin Karter ABŞ-ın 39-cu prezidenti ilə ailə quran zaman hələ yeniyetmə idi. Onun 18, Cimminin isə 21 yaşı var idi və toy mərasimi 1946-cı il iyulun 7-də onların böyüdükləri Corcia ştatında baş tutub. Əvvəl Rozalin Cimminin təklifini rədd etsə də, Cimmi ABŞ Hərbi-Dəniz qüvvələri akademiyasını bitirdikdən sonra o, fikrini dəyişib.

Cimmi evlilik mərasimində öz hərbi uniformasını, Rozalin isə dizə qədər olan sadə gəlinlik, jilet və şlyapa geyinib. 2016-cı ildə cütlük evliliklərinin 70-ci ildönümünü qeyd edib.

Elizabet Vircinia Uollas gələcək prezident Harri Trumanla 1919-ci ilin iyunun 28-də Missuri ştatında ailə həyatı qurub. O, uşaq ikən oğlansayağı olsa da, gənc qadın olduğu zaman modanın və xüsusilə də şlyapaların vurğunu olub.

Harry Met ilə I Dünya Müharibəsinə getməmişdən öncə tanış olub və evlilik təklifi göndərib. Elizabet təklifi geri çevirib. Bundan sonra Harri təkrar təklif etmədən öncə maddi durumunu yaxşılaşdırmaq barədə düşünüb.

Nensi Devis 1940-cı və 1950-ci illərdə aktrisa olub və Ronald Reyqanla görüşənədək bir çox ulduzla görüşüb. O, Ronaldla 1949-cu ildə o, Kinokatyorlar birliyinin rəhbəri olduğu zaman tanış olub. Ronald öz keçmiş həyat yoldaşından ayrıldıqdan sonra təkrar evlənməyə çox da istəkli olmayıb.

Buna baxmayaraq, onlar 1952-ci ildə üç il görüşdükdən sonra ailə həyatı qurublar. Nensi Los-Ancelesdənki Lilt Braun kilsəsində baş tutan evlilik zamanı hamilə olub və çox sadə gəlinlik geyinib.

Melani Knaus gələcək prezident Donald Trampla 2005-ci ildə ailə həyatı qurub. O, "Cristian Dior"un gəlinlik paltarına üstünlük verib. Gəlinlik 100 min-200 min dollar arasında qiymətə başa gəlib. Bu, çox baha geyim olmaqla yanaşı, həm də çox büyük gəlinlik olub. Paltarın üzərində 1500-dən çox mirvari və daş-qaş var idi.

"Vogue" dərgisinin məlumatına görə, Melaninin 13 metrlik paltarının hazırlanmasına 550 saat vaxt sərf edilib, fatası isə 16 metr uzunluqda, gəlinliyin çəkisi 27 kq-dan artıq olub. Buna görə də yeni evlənənlər üzüklərini barmaqlarına taxdıqdan sonra Melani paltarını dəyişib.

Lindon Beyns Conson ABŞ-ın 36-cı prezidenti olub. Conson öz nişanlısı Klaudia Alta ilə Texasın San-Antonio ştatında 1934-cü ilin noyabrın 17-də ailə həyatı qurub. Daha sonra onlar bal ayına Meksikaya gediblər.

Conson 1963-cü ildə Con Kennedi qətlə yetirildikdən sonra ABŞ-ın prezidenti olub. Onunla Klaudianı dostları tanış edib. Klaudia etiraf edib ki, o, ilk baxışdan Consona aşiq olub, və Conson onu "şamın pərvanəni cəlb etdiyi" kimi cəlb edib. Consonun da eyni hissləri keçirdiyi şübhəsiz olub, çünki o, ilk görüşdəcə evlilik təklifi edib. İki həftə sonra Klaudia bu təklifi qəbul edib.

ABŞ-ın ilk prezident evliliyi

ABŞ-ın gələcək ilk prezidenti Corc Vaşinqton Marta Dandriclə 1759-cu ilin yanvarın 6-da Ağ Evdə ailə qurub. O zamanlar Ağ Evin yerində plantasiya olub. Marta dul qadın olub və ilk evlilikdən dörd uşağı olub. Onlar ailə qurduqları zaman Corc 26, Marta isə 27 yaşında olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.