Maraqlı

Qərb mədəniyyətini nə çökdürəcək?

15 Dekabr 2018 20:45
1 Şərh     Baxış: 1 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tarixdə bütün mədəniyyətlərin bir sonu olmuşdur.

Bir zamanlar iqtisadi siyasət mütəxəssisi Benjamin Fridman Qərb mədəniyyətini təkərləri iqtisadi böyümə sayəsində sağlam və nizamlı fırlanan velosipedə bənzətmişdi. Bu irəliləmə hərəkəti dayandıqda cəmiyyətin təməlində duran demokratiyanın, fərdi azadlıqların, sosial tolerantlıq və s. dəyərlərdə də sarsılma başlayacaqdır. Əgər bu velosipedin təkərləri yeni bir istiqamət tapıb yönlənməsə sosial partlayış baş verəcək.

Bəşər tarixində belə çöküşlər çox yaşanıb. Nə qədər mükəmməl görünsələr də bir çox cəmiyyətlər belə zəifliklərdən xilas ola bilmir. Mariland universiteti xüsusi kompüter proqramlarından istifadə edərək belə bir ehtimallar sistemi hazırlayıblar. 2014-cü ildə yayımlanmış məlumatlara əsasən Qərb cəmiyyətini iki şey çöküşə apara bilər: Ekoloji zorlama və iqtisadi şişmə.

Təbii qaynaqların yoxa çıxması və iqlimin pozulması fonunda birinci səbəb real görünür. Lakin iqtisadi yüksəlişin niyə çöküşə səbəb ola biləcəyi bir az çaşqınlıq yaradır. Bu ehtimala görə çox yüksək şəkildə var-dövlətin varlıların əlində toplanması və sayca az olan təbəqələrin yoxsullaşması cəmiyyəti çökdürə bilir. Bildirilir ki, bərabərsizliyin, sürətli əhali artımının və təbii ehtiyatların istehlakını azaldacaq bir yol tapılmasa bu çöküş qaçılmaz olacaq.

Kanadadakı Balsilli universitetinin Beynəlxalq hadisələr fakültəsinin mütəxəssisi Tomas Homer Dikson tarixdəki bir çox cəmiyyətlərin çöküşündə birdən çox səbəbin olduğuna inanır. Suriya hadisələri, 2008-ci il iqtisadi böhran, Brexit və Trampın prezident seçilməsini səbəbləri irəli sürür.

Qərb mədəniyətini çökdürən digər faktor isə köç göstərilib. Randersin fikrincə onsuzda Avropada günü-gündən şidəttlənən varlı və kasıb uçurumunu insanların miqrasiyası daha şiddətləndirəcək. Ölkələr dağılır və bu ölkələrin dağılmasında dolayısı ilə rol oynayan Qərb bu insanları qəbul etməyə məcbur qalır. Bu isə istər istəməz Qərb mədəniyyətinin çöküşünü sürətləndirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.