Maraqlı

Dünyanın sərvətinin nə qədəri offşor zonalarda gizlədilib?

15 Dekabr 2018 21:10
0 Şərh     Baxış: 1 087
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bermud adasında bir şirkət açıb xəyalən mülkiyyət hüquqlarını ona satın. O şirkətin sahib olduğu başqa bir şirkət açıb İrlandiyaya yerləşdirin. Bu iki şirkətin bir-birinə çek verə bilməsinə şərait yaradın. Daha sonra Hollandiyada bir şirkət qurub İrlandiyadakı gəlirlərinizi Bermuda adasındakı şirkətinizə yönəldin. Tamamilə beyniniz qarışdımı? Elə məqsəd də budur da...Vergi cənnətləri deyilən məsələ də budur. Pulun axınını izlənməsinin mümkünsüz hala gətirmək. Google, eBay ve Ikea kimi şirkətlərin də vergi yolları da beynimizi qarışdıra bilər. Bunun nə üçün insanları narahat etməsi anlamaq çox asandır. Vergilər bu kluba üzvlüyə bənzər. Əgər  vergini ödəmirsinizsə bu başqalarına edilən xidməti özünə də tələb etmək haqsızlıqdır.

Bu gün vergi cənnətləri dedikdə iki məna anlaşılır: Vergindən yayınmaq və vergidən gizlənmək.
Vergidən gizlənmək qanunidir. Hətta kiçik şirkətlər və ya fərdlər pullarını ölkədən çıxararaq vergidən gizlənə bilərlər. Bunu etmələrinin səbəbi isə mühasibə verəcək qədər pulu qazana bilməmələridir.

Daha az vergi ödəmək istəyən sadə insanların qarşısında çox az seçim haqqı olur. Bunlar da hamısı qanundan kənardı. Bunlar vergi saxtakarlığı, deyilməyən maaşlar və gömrükdən göstəriləndən çox mal keçirtmək halı ilə özünü büruzə verə bilər.  İngilis vergi müfəttişləri bildirir ki, bu varlı insanların banklardakı gizli pulları ilə müqayisədə çox az miqdarda bir şeydir.

Gizli bankçılığın niyə məhz İsveçdə olmasını bilirsinizmi? Bankların müştəriləri haqqında məlumat sızdırmaması haqqında ilk qanun 1713-cü ildə Cenevrə Böyük Şurasında qəbul edilib. Avropa ölkələri 1920-ci ildə Birinci Dünya müharibəsindən sonra borclarını ödəmək üçün vergiləri artıranda varlılar pullarını bilmədilər harada saxlasınlar. Elə bu anda İsveçdə gizli bankirlik böyüməyə başladı. Bunun iqtisadiyyatını inkişaf etdirdiyini anlayan İsveç 1934-cü ildən banklarına müştərilərinin məlumatlarını paylaşmağı qadağan etdi.

İsveçrənin dəniz sahili olmasa da (off shore ingilis dilində dəniz sahili deməkdir)  vergi cənnəti məsələsi bura da aiddir. Bu isə zaman daxilində Cersi və Malta kimi adalarda ofşor şirkətlərin yaranmasına da yol açdı. Bunun isə məntiqli bir izahı var. Balaca adada kənd təsərüfatı və sənaye inkişaf etdirə bilməsələr də, maliyyə işlərini yönəltmək mümkündür. Amma əsl səbəbi isə ikinci dünya müharibəsindən sonra Avropa imperatorluqlarının dağılması oldu. İngiltərə Bermuda, Vircin kimi adalardan əl çəkmək yerinə onları London maliyyə bazarına bağladı. Beləliklə vergi işlərini bu ölkələr üzərindən görməyə başladılar.

İqtisadçı Gabriel Zucman ofşor hesablarda nə qədər pulların saxlanıldığını müəyyən etmək üçün nəzəriyyə işləyib hazırlayıb. Zucmanın fikrincə Afrikanın sərvətinin 30% offşordadı. Bunu da Afrikaya illik 14 milyard dollarlıq vergi ziyanı vurur ki, bununla da çoxlu məktəb və xəstəxana tikmək olardı. Zucman bu problemə həll yolu kimi şəffaflığı göstərir. Lakin böyük şirkətlər bundan yayınırlar. Zucman bildirir ki, ABŞ mərkəzli şirkətlərin 55% vergilərini Lüksemburq və Bermud kimi yerlərdən keçirərək ABŞ vergi sisteminə illik 130 milyard gəlir bəxş edirlər.

Hazırda vergi cənnətlərinin var olmasının ən böyük səbəb elitanın və bəzi hakimiyyətlərin bunu dəstəkləməsidir. Hətta Pakistanda baş nazir ofşor şirkətlərə görə istefaya göndərildi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.