Maraqlı

Zəlzələlərin çoxaldığı bir vaxtda Allaha belə sığının

15 Dekabr 2018 23:40
0 Şərh     Baxış: 1 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya həyatı çətinlik və iztirabla doludur. Zahirdə tam anlaşılmasada demək olar ki, bütün insanın özünə məxsus çətinliyi vardır. Kimisi maddi, kimisi fiziki, mənəvi əziyyətdədir. Bu belə də olmalıdır. Çünki bu dünyanın, dünya həyatının özünə məxsus xüsusiyyətidir. Qurana əsasən insanın bu həyatı imtahan və inkişaf üçündür. İnsan mənəviyyatı yalnız maneələrlə tərəqqi edir.

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, bütün bu çətinliklərə qələbə qazanmağın yeganə yolu Allaha sığınmaqdır. Quran bu barədə buyurur:

"Təvəkkül edənlər gərək Allaha təvəkkül etsinlər" (Ali-İmran-122)

İnsanlar bütün işlərində Allaha sığınmalı, yalnız Ona pənah aparmalıdırlar.

İnsana üz verən dünya çətinliklərindən, dəhşətli bəlalarından biri də zəlzələlərdir.

İmam Baqir (ə) vaxtında yaşayan Əli ibn Məhziyar adlı bir şəxs yazır ki, mən İmam Baqir (ə)-a məktub yazıb zəlzələlərin qorxusundan və çoxluğundan şikayət etdim.

Soruşdum:

Buradan köçüb gedimmi?

İmam (ə) mənə tövsiyə edərək buyurdu:

"Xeyir köçüb getməyə ehtiyac yoxdur. Həftədə 3 gün çərşənbə, cümə axşamı və cümə günləri oruc tutun. Qüsul edin, libasınızı təmiz saxlayın. Cümə günlərini ihya edin (diri tutun). Allaha dua edin. O, bəlaları sizdən götürər."

Məhziyar yazır ki, biz İmamın (ə) buyurduğu kimi etdik. Zəlzələlər azaldı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.