Maraqlı

Həzrəti Əlidən özünüzü test etmək üçün gözəl kəlam

15 Dekabr 2018 22:55
0 Şərh     Baxış: 2 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəal Allah Qurani Kərimdə iman gətirənlər və iman əsasında əməl edənləri yaradılmışların ən yaxşısı, ən üstünü adlandırır. Demək Allah yanında yaxşı olmağın meyarı iman və iman əsasında olan əməldir, nəinki ayrılıqda əməlin özü:

"İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır." (Bəyyinə-7)

Quran yaxşı olmağın meyyarını bu ayə ilə bəyan edir. Hər kəs üçün bir yaxşı ola bilər Yalnız həqiqi meyar Allah yanındadır. İnsan da gərək öz əməllərini bu meyar əsasında nizamlasın.

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, həmçinin İmam Əlidən (ə) nəql olunan bir hədisdə iman əhlinin sifətləri belə bəyan olunur:

"Mömin o kəsdir ki:

Qazancı halaldan olsun,

Rəftarı mehriban və mərhəmətli olsun,

Qəlbi kin-küdurərdən pak olsun,

Malının artığından ehsan etsin,

Artıq söz danışmaqdan çəkinsin,

İnsanlar onun şərrindən amanda olsun, xeyir işlərdə ona ümidvar olsun,

Digərləri ilə insafla rəftar etsin."  (Nəsayih-281)

Özü yaxşı hesab edən, öz rəyindən razı olan hər bir kəs, hər bir mömin Quranın bu ayəsi və İmamın (ə) hədisi ilə özünü test edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.