Maraqlı

Dünyanın ən güclü çənələrinin sahibi bilindi - VİDEO - FOTO

12 Dekabr 2018 16:06
3 Şərh     Baxış: 2 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Drakula" adlı qarışqalar dünyanın ən sürətli cəhənglərinə malikdir. Onlar qurbanını tutanda onu 320 km/saat sürətlə dişləyir.

Milli.Az Royal Society Open Science-yə istinadən bildirir ki, əsl adı "Mystrium camillae" olan "drakula" qarışqaları super imkanlarından istifadə edərək qurbanlarını dişləyir, sonra onu yuvaya daşıyırlar.

ABŞ-ın Nyu-York şəhərindəki Smitson Təbiət Muzeyinin əməkdaşı Endryu Suaresin dediyinə görə, Avstraliya, Afrika və İndoneziyanın tropik meşələrində yaşayan bu qarışqaların cəhəngləri həddən ziyadə sürətlə hərəkət etdiyindən alimlər müşahidələr zamanı saniyədə 480 min kadr çəkən xüsusi kameradan və rentgendən istifadə ediblər.

Məlum olub ki, "drakula" qarışqası qurbanını dişləyəndə onun çənələri 320 km/saat sürətə cəmi 0,000015 saniyədə nail olur.

Cəhənglərin gücü o qədərdir ki, qurbanına dəyəndə onu vurub yıxır.

Təkamül bu qarışqaların cəhənglərini dəmir yayın analoquna çevirib.

Hər cəhəng çox elastik olduğundan qarışqa onları "düz" tutanda daxili deformasiya enerjisi "partlayış" effekti yaradır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dünyanın ən güclü çənələrinin sahibi bilindi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.