"Bozun 50 çaları" serialının ulduzu Dakota Johnson, 2018 Mərakeş Film Festivalının bağlanış gecəsində mavi əlbisəsi və dərin dekoltesiylə göz qamaşdırıb.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, dekoltesiylə diqqətləri üzərinə çəkən 29 yaşlı aktrisa "Bozun 50 çaları"nda Dakota Johnson, Jamie Dornanla olan sevişmə səhnələri barədə maraqlı açıqlamar verib.
Dünyaca məşhur aktrisa "Sevişmə səhnələrini çəkərkən, həqiqətən, sevişmirik, sadəcə elə göstəririk. Bəzən bir səhnənin çəkilişi 7 saat davam edir. Bu, heç də rahat deyil, açığı çox bezdiricidir" deyib. Filmdəki sevişmə səhnələrindən sonra əks cinsin filmdəki xaraktermiş kimi ona yaxınlaşdığını bildirən Johnson "Bəzi insanlar mənim canlandırdığım xarakter kimi bu tip şeylərə qarşı maraqlı olduğumu düşünürlər, amma bundan söhbət belə gedə bilməz. Aktrisayam və realdakı kimi etməliyəm. Sanıram bu, hər kəsin başına gəlir" bildirib.
Aktyor Don Johnson və aktrisa Melanie Griffithin qızı olan Johnson atasının "Bozun 50 çaları"nı izləyib-izləmədiyi barədə suala belə cavab verib:
"Xeyr! Şükürlər olsun ki, atam filmi izləmədi, izləməyi də düşünmür!"
Tərəf müqavili Jamie Dornanın fanatlarının onu ölümlə təhdid etdiyini açıqlayan Dakota Johnson "Hələlik bu təhdidləri çox da ciddiyə almamağa qərar verdim, amma bu artarsa, mühafizəçi tutacam" deyib.
Məhəmməd Vaqif
Milli.Az