Maraqlı

Ember Hörd etiraf etdi: “İlon Mask ilə hələ də görüşürük”

11 Dekabr 2018 19:09
Baxış: 2 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur Hollivud ulduzu Ember Hörd keçmiş sevgilisi İlon Maskla bağlı etiraflar edib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Ember "SpaceX" və "Tesla"nın qurucusu olan Maskla hələ də görüşdüklərini bildirib.

Hörd 2015-ci ildə Conni Depp ilə evlənmişdi və qısa müddət sonra ayrılmışdı. Maqazin gündəminə bomba kimi düşən ayrılıq xəbərindən sonra gözəl aktrisa 2016-cı ildə İlon Mask ilə görüşməyə başlamışdı.

1.5 il birlikdə olduqdan sonra cütlük 2017-ci ildə ayrılıb. Hörd isə "Onunla yaxın dostluğumuz və gözəl bir münasibətimiz var. İkimiz də elmə aşiqik. Ona hörmətlə yanaşıram" deyib.

Qeyd edək ki, Ember Maskla ayrıldıqdan sonra "Ona həqiqətən aşiq idim və çox acı çəkdim" deyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.