Maraqlı

Əzələ hərəkətlərini siqnallara çevirən cihaz

13 Dekabr 2018 21:20
0 Şərh     Baxış: 1 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əzələlərin elektrik fəaliyyətini ölçüb, bu fəaliyyətləri siqnallara çevirə bilən bio-cihaz hazırlandı.

Bir tərəfdən xəstəliklərə həll axtaran qruplar laboratoriyalarında təcrübələr aparır, digər bir tərəfdən də fiziki olaraq köməyə ehtiyac duyulan sahələrdə araşdırmalar davam etdirilir.

Rusiya Milli Nüvə Araşdırmalar Universitetinin elm insanları, illərlə davam edən araşdırmalar nəticəsində ümid vəd edən bir uğura imzala atdılar. İcad etdikləri bu cihaz, əzələlərin çıxardığı elektrik fəaliyyətini qəbul edərək bu fəaliyyətləri siqnallara çevirməyi bacardı. "Mio Interface" adı verilən cihaz, bu sayədə verilən əmrləri qəbul edərək, hərəkət qabiliyyətinə çevirməyi bacardı.

Xüsusilə reabilitasiya sahəsində böyük bir fayda verəcəyinə inanılan cihazın, idmançılar üçün ağıllı geyim, texnoloji evlər və bio-protez istehsalı kimi daha bir çox sahədə istifadə ediləcəyi nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.