Maraqlı

Milyonlarla abunəçi mobil rabitəsiz qalıb

13 Dekabr 2018 08:05
0 Şərh     Baxış: 1 128
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçin telekommunikasiya avadanlığı istehsalçısı "Ericsson" şirkəti öz proqram təminatının nasazlığına görə üzr istəyib. Nasazlıq səbəbindən Böyük Britaniya, Yaponiya və başqa ölkələrdə milyonlarla abunəçi müəyyən vaxt ərzində mobil rabitə və mobil internetdən istifadə edə bilməyib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, LTE şəbəkələrinin işində yaşanmış problemlər Britaniyanın "O2" operatoru və Yaponiyanın "Softbank" telekommunikasiya korporasiyasında müşahidə edilib. Hər iki şirkət "Ericsson"un müştərisidir.
 
"Problem yaratmış nasaz proqram təminatı artıq istismardan çıxarılıb. Biz sifarişçilərimiz və onların müştərilərindən üzr istəyirik. Biz baş vermiş nasazlığın mənfi təsirini azaltmaq üçün və müştərilərin xidmətlərini mümkün qədər tez bərpa etmək üçün səy göstəririk" - "Ericsson"un baş direktoru Borye Ekholm deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.