Maraqlı

Google sosial şəbəkəsini daha tez qapadacaq

13 Dekabr 2018 08:41
0 Şərh     Baxış: 1 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkəti "Google+" sosial şəbəkəsinin işini planlaşdırılandan daha əvvəl dayandırmalı olacaq. Bu, 50 milyondan çox istifadəçinin məlumat itkisinə səbəb olan yeni səhvlə izah edilir.
 
"Baş vermiş nasazlıq nəticəsində təxminən 52,5 milyon istifadəçi zərər görüb. Biz bu faktı təsdiqləyirik" - sözügedən şirkətin nümayəndələri deyiblər.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, sözügedən səhv ucbatından istifadəçilərin məlumatı bəzi proqramlara əlçatan olub.
 
Söhbət "ictimai" kimi nişanlanmamış məlumatlardan gedir. Bu məlumatlara istifadəçi profilinin əlavə məlumatları (ad, elektron poçt ünvanı, peşə, cins və yaş) aiddir.
 
Xatırladaq ki, "Google" şirkəti oktyabrda elan etmişdi ki, 2019-cu ilin avqustunda öz sosial şəbəkəsini bağlayacaq. Bu, həmin sosial şəbəkənin az populyar olması ilə izah edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.