Maraqlı

Microsoft İntelliCode reallaşdırdı

13 Dekabr 2018 07:51
0 Şərh     Baxış: 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Microsoft Visual Studio Code-da TypeScript/JavaScript və Visual Studio-da C++ üçün intelektual köməkçilər funksiyasını yaratdı. Kod yazıldığı zaman İntellicode genişlənməsi komandaların bitmə variantlarını əlifba sırası ilə yox, kontekstə uyğun olaraq çıxarır. Bu məsləhətlər ümumi siyahıda ulduzlar ilə işarələnir.

Milli.Az technote.az-a istinadən bildirir ki, Typescript/JavaScript üçün İntellicode genişlənməsi Visual Studio Code-un genişlənmələr mağazasına və tekst redaktorunun "Genişlənmələr" hissəsinə yerləşdirilib. Yüklənmədən sonra heçbir əməliyyat tələb olunmur - redaktorda işə başlamaq kifayət edir, sistem özü məsləhətlər verməyə başlayacaq.

Yaradıcıların dediyinə görə, genişlənmə həmçinin JS-kitabxanalar üzrə yönlənmədə də köməkçi olacaq, üstəlik proqramlaşdırmanın sahəsindən asılı olmayaraq: istər klient tərəfli React, Angular, Vue istərsə də server tərəfli Node.js və ya Express.

IntelliCode C++ üçün

Visual Studio 2019-da C++ üçün IntelliCode genişlənməsini marketpleysdan yükləmək olar. Genişlənmənin yaradıcıları söz verirlər ki, tezliklə İntellicode proqramçının öz yazdığı kod əsasında öyrənərək təkmilləşəcək. Hələ ki, "ağıllı" köməkçilər özgə layihələrin analizinin nəticəsidir. Həmçinin, komanda C++ üçün İntelliCode-un VS Code-a da əlavə edilməsini düşünür.

Microsoft İntelliCode-u Build 2018 konferensiyasında relevant köməkçiləri göstərməklə kod yaradıcılığını sürətləndirən sistem kimi təqdim edib. 2018-ci ilin May-ında funksiya yalnız Visual Studio 2017-də C# üzrə işləyə bilirdi, bir neçə ay sonra isə İntellicode-un Visual Studio Code-da Python üçün dəstəyi təqdim olundu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.