Maraqlı

Sinfinin ən sürətli skaneri

13 Dekabr 2018 07:41
0 Şərh     Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fujitsu IX100 dünyada ən sürətli batareya ilə qidalanan portativ skanerdir. Qurğu yalnız 400 qram ağırlığındadır və 5.2 saniyədə bir səhifə skan edir (A4, rəngli, 200/300 dpi), yəni öz sinifində ən sürətli skanerdir.

Milli.Az technote.az-a istinadən bildirir ki, daxili Wi-Fi modulu ev və ya ofis daxilində mövcud şəbəkələri avtomatik olaraq tanıyır və onların arasında asan qoşulmanı təmin edir. İstifadəçilər sənədləri simsiz rabitə ilə skan edərək birbaşa Wi-Fi-ya qoşulmadan Android və ya iOS cihazlarına göndərə bilərlər.    Əlavə olaraq siz skan edəcəyiniz faylın ölçüsünü və formatını özünüz seçə bilərsiniz. Skan olunmuş faylları nəinki jpeg, hətta pdf, word, excel kimi fayl növlərində yadda saxlamaq mümkündür.

Tam yüklənmiş batareya ilə təxminən 260 dəfə skan etmək mümkündür. Eyni anda 3 ədəd biznes kartını skan edə bilən bu cihaz, prosesi bir neçə saniyəyə yerinə yetirir. Əlavə olaraq IX100 hətta uzun çekləri rahatlıqla skan edə bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.