Maraqlı

XX əsrin ən çox dinlənilən mahnısı məlum oldu - VİDEO

12 Dekabr 2018 05:30
0 Şərh     Baxış: 3 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Striminq xidmətlərində XX əsrə aid ən çox dinlənilən mahnı müəyyənləşib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu haqda "Universal Music Group" mediaholdinqi öz "Twitter" hesabında məlumat paylaşıb.

Həmin mahnı Britaniyanın "Queen" rok qrupunun "Bohemian Rhapsody" adlı mahnısıdır və 1,5 milyard dəfəyə yaxın dinlənilib. "Variety" jurnalı qeyd edir ki, yeni rekordun qeydə alınmasına Fredi Merkurinin həyatından bəhs edən "Bohem Rapsodiyası" adlı bioqrafik dramın böyük ekranlara yol tapması olub. Film artıq "Qızıl Qlobus" mükafatına əsas namizədlərdəndir.

"Rok musiqi "çayı" axmaqda davam edir. Çox sevinirəm ki, bu gün bizim mahnılar maksimum səviyyədə dinlənilir", - deyə "Queen" qrupunun gitaraçısı Brayan Mey bildirib.

Xatırladaq ki, əfsanəvi trek "Queen" qrupunun frontmeni Freddi Merkuri tərəfindən yazılıb və sinql şəklində 1975-ci ildə işıq üzü görüb. Reliz vaxtı səsyazma şirkətlərinin tarixinə ən bahalı mahnı kimi düşüb. Kompozisiya qeyri-adi struktura malikdir. Belə ki, onu altı fərqli istiqamətli hissələrə ayırmaq olar (ballada, opera, akapella, ağır metal və s.). Kompozisiya üç dəfə "Hot 100" çartına daxil edilib (Bilboard versiyasına görə).

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Queen - Bohemian Rhapsody (Official Video)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.