Maraqlı

Qətər bütün dünyanı ŞOKA SALDI - 2018-ci ildə...

12 Dekabr 2018 03:30
9 Şərh     Baxış: 9 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qətər Mərkəzi Bankının 2018-ci il büdcəsi ilə bağlı verdiyi hesabat bütün dünyada şok effekti yaradıb.

Milli.Az xəbər verir ki, Mərkəzi Bankın sədri Şeyx Abdulla ibn Süud Əl Sani 2017-ci ildə büdcə kəsrinin 13 milyard olduğunu, 2018-ci ildə isə büdcədə 2,6 milyard dollar əlavə vəsait qaldığını açıqlayıb.

Paytaxt Dohada təşkil edilən "Euromoney Katar 2018" konfransında çıxış edən bankın sədri Körfəz ölkələrinin Qətəri iqtisadi və diplomatik blokadaya almasına rəğmən, ölkənin valyuta ehtiyatı baxımından sərhədləri aşdığını və daha yaxşı vəziyyətə gəlib çatdığını deyib.

Belə ki, Qətər Mərkəzi Bankında rezervasiyalar 46,5 milyard dollara çatıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri 2017-ci ilin 5 iyununda ortaq qərardan sonra Qətər ilə diplomatik münasibətləri kəsmişdi. Daha sonra diplomatik və siyasi sanksiyalar tətbiq etmişdi. 4 ölkə münasibətləri düzəltmək üçün Qətərə 13 maddəlik tələb siyahısı göndərmişdi. Lakin Qətər bunu qəbul etməmişdi. Doha həmin zamanlar yalnız Türkiyədən hava yolları vasitəsilə ərzaq və humanitar yardımlar ala bilirdi. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.