Maraqlı

Alimlərdən xəbərdarlıq - Yerin oxu çevrilə bilər

10 Dekabr 2018 23:13
1 Şərh     Baxış: 2 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa və Danimarkadan olan bir qrup alim Yerin oxu ilə bağlı son tədqiqatın nəticələrini açıqlayıblar.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, alimlərin hesabatı Avropanın "Horizon-2020" saytında dərc edilib. Hesabata əsasən, əgər planetin maqnit sahəsi daha 90% azalsa, o zaman Yer oxunun çevrilməsi qaçınılmaz olacaq. Bu isə yaxın bir neçə yüz il ərzində baş verə bilər.

Yerin maqnit sahəsi son 3 min il ərzində zəifləyib. Geoloqların fikrinə əsasən, növbəti illərdə də bu proses baş verəcək və zəifləmə min il ərzində ən kritik həddə çatacaq.

Alimlərin məlumatlarına əsasən, 450 min il və ya milyon ildən bir Yerin şimal və cənub qütbləri yerini dəyişir. Belə bir fenomenin izləri qədim gil və vulkanik küllərdə aşkar edilir.

Tədqiqatçılar əminliklə bildirirlər ki, Yerin qütblərinin yerdəyişməsi təsadüfən baş vermir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.