Maraqlı

Windows 10 üçün Qualcomm prosessoru təqdim olunub

11 Dekabr 2018 08:55
0 Şərh     Baxış: 1 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qualcomm" şirkəti dekabrın 4-6-da Havay adalarında keçirilən illik "Snapdragon Tech Summit" tədbirində "Windows 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyən fərdi kompüterlər üçün yeni "Snapdragon 8cx" prosessorunu təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, o, "Windows 10" sistemli fərdi kompüterlər üçün "Qualcomm" şirkətinin ilk "Snapdragon 850" prosessorunun işini davam etdirəcək. "Snapdragon 850" mahiyyət etibarilə modifikasiya edilmiş "Snapdragon 845" prosessoru olduğu halda yeni çip "Windows 10" əsaslı kompüterlər üçün sıfırdan hazırlanıb.  

"Qualcomm" nümayəndələrinin sözlərinə görə, "Snapdragon 8cx" fərdi kompüterlər üçün 7 nanometrlik texnoloji proses əsasında işləyən ilk platformadır. O, səkkiznüvəli "Qualcomm Kryo 495" mərkəzi prosessoru və "Adreno 680" qrafikası ilə təchiz edilib.

Bundan başqa, "Snapdragon 8cx" fərdi kompüterlər üçün "Quick Charge 4+" sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən ilk platforma olub. Quraşdırılmış "X24 LTE" modemi 2 Qbit/saniyə sürətində məlumat yükləməsini dəstəkləyir. Həmçinin üçüncü nəsil "PCI-E" və ikinci nəsil "USB 3.1" interfeysləri, "Bluetooth 5.0" dəstəklənir. Çip süni intellekt vəzifələrinin yerinə yetirilməsi üçün dördüncü nəsil "Qualcomm AI Engine" çoxnüvəli prosessoru ilə təchiz olunub.

"Qualcomm" tərəfdaşları artıq ilk "Snapdragon 8cx" nümunələrini almağa başlayıb. Yeni prosessorla işləyən ilk qurğuların 2019-cu ilin üçüncü rübündə satışa çıxarılması nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.