Maraqlı

Bəzi internet provayderləri yenilənir

11 Dekabr 2018 08:46
0 Şərh     Baxış: 1 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnternetdə domen adları və zonaların verilməsini həyata keçirən "Internet Corporation for Assigned Names and Numbers" (ICANN) qeyri-kommersiya təşkilatı "DNS" özək zonası üçün kriptoqrafiya açarının yeniləməsi ilə bağlı yeni açıqlama yayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, açarın dəyişdirilməsi proqnozlara uyğun ciddi nasazlıqlar yaranmadan həyata keçirilib. "ICANN" nümayəndələri prosesin uğurla başa çatmasını izah edə bilmirlər. Onların sözlərinə görə, bu, dəyişdirilmə ilə bağlı məlumatın kifayət qədər olmaması ilə əlaqədardır. Lakin bir sıra serverlərin hələ də açarları uyğunlaşdırıb qoşula bilməməsi və avtomatik təkrar sorğu göndərməsi ilə bağlı müəyyən şübhələr var.

Bildirilir ki, oktyabrın 11-də "ICANN" tərəfindən tarixdə ilk dəfə domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib.

2010-cu ildə yaradılan kriptoqrafiya açarları təhlükəsizlik və internet ünvanlandırma sisteminin bütövlüyünə cavabdehlik daşıyır. Açarların hər 5 ildən bir dəyişdirilməli olmasına baxmayaraq 2015-ci ildə bir çox ölkələrin provayderlərinin hazırlıqsızlığı səbəbindən bu proses bir neçə dəfə təxirə salınıb.

Qeyd edək ki, sentyabrda "ICANN" təşkilatının rəhbərliyi Belçikada keçirilən müzakirələrdə "DNS" özək zonası üçün kriptoqrafiya açarının dəyişdirilməsi ilə bağlı planı təsdiq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.