Maraqlı

BMT kibertəhlükəsizlik üzrə işçi qrupu yaradacaq

11 Dekabr 2018 08:35
0 Şərh     Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT Baş Assambleyası kibercinayətkarlığa qarşı mübarizə üzrə işçi qrupunun yaradılması ilə bağlı Rusiya tərəfindən irəli sürülən qətnaməni qəbul edib. Sənədin lehinə 119, əleyhinə 46 ölkə səs verib, 14-ü isə bitərəf qalıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, qətnaməyə görə, 2019-cu ildən etibarən dövlətlərin internetdə məsuliyyətli davranışının norma, qayda və prinsiplərinin hazırlanmasının gələcəkdə prioritet kimi davam etdirilməsi məqsədilə konsensus əsasında fəaliyyət göstərən açıq tərkibli işçi qrupu yaradılır.

Məlumata görə, işçi qrupu ilk növbədə dövlətlərin məsuliyyətli davranışının normaları, beynəlxalq hüququn informasiya məkanında tətbiqi və inkişaf etməkdə olan ölkələrə kibertəhlükəsizliyin təmin edilməsində köməyin göstərilməsi ilə məşğul olacaq.  

İşçi qrupunun ilk təşkilati iclasının 2019-cu ilin iyununda keçirilməsi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.