Maraqlı

Snapdragon 855-li ilk smartfonun adı açıqlandı

11 Dekabr 2018 08:51
0 Şərh     Baxış: 1 240
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qualcomm şirkəti dünən Snapdragon 855 adlı yeni flaqman prosessoru təqdim etdi. Bugün isə bu yeni prosessoru ilk əldə edəcək smartfon modelinin adı açıqlandı. Beləliklə yeni flaqman prosessoru ilə təchiz olunacaq ilk smartfon modeli OnePlus 2019 olacaq. Bu barədə Qualcomm şirkətinin CEO-su Pete Lau Snapdragon Tech Summit tədbirində bildirib. O qeyd edib ki, OnePlus 2019 smartfonu Avropada 5G şəbəkəsinə sahib ilk smartfon modeli olacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, bunun üçün OnePlus şirkəti İngiltərənin EE adlı mobil operatoru ilə əməkdaşlıq edir. Qeyd etmək lazımdır ki, söhbət, OnePlus 7 smartfon modelindən getmir. 5G şəbəkəsi üçün şirkət yeni smartfon seriyasını istehsal edəcək. Beləliklə çox güman ki, OnePlus şirkətinin yeni smartfon modeli gələn ay təqdim olunacaq. Bununla yanaşı şirkət hal hazırda McLaren avtomobil şirkəti ilə birlikdə OnePlus 6T McLaren Edition adlı özəl smartfon modeli üzərində çalışır. Bəzi məlumatlara görə o, 10 GB RAM-a sahib olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.