Maraqlı

79 milyondan çox Nokia smartfonu satılıb

11 Dekabr 2018 08:11
0 Şərh     Baxış: 1 087
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nokia brendi HMD Global şirkətinin rəhbərliyi altında artıq bir sıra nailiyyətlər əldə edib. Məsələn brend son iki il ərzində 79 milyondan çox smartfon sata bilib. Lakin şirkət əldə olunmuş nailiyyətlər ilə yetinmək fikrində deyil. Gələn ildə şirkət yeni smartfon modellərini təqdim etməklə bazardakı mövqeyini gücləndirməyi hədəfləyib. Orta qiymət göstəricili smartfonlar bazarında öz mövqelərini gücləndirmiş HMD Global şirkəti həmçinin daha bahalı flaqman smartfon modellərinə də fokuslanmağı planlaşdırıb.

Milli.Az technote.az-a istinadən bildirir ki, Nokia brendinin bir sıra flaqman modelləri artıq gələn il satışa çıxacaqlar. Onlar konkret modellərin adlarını çəkməsələr də, çox güman ki, ilk növbədə bu, Nokia 9 PureView modelinə aiddir. Gözləntilərə əsasən 5 arxa kameraya sahib olacaq Nokia 9 PureView modeli istehsalçıların əsas diqqətlərinin smartfon kameralarına yönəltdikləri bazarda lider model olacaq HMD Global şirkətinin fikrincə yaxın illərdə Nokia smartfonlarına tələb artacaq və bu brend artıq 2020-2021-ci illərdə bazardakı öz yerini tuta biləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.