Maraqlı

Chrome proqramçıları FTP dəstəklənməsinə son qoymaq istəyirlər

11 Dekabr 2018 07:51
0 Şərh     Baxış: 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci il noyabr ayında Chrome proqramçılarının göndərişlərində FTP protokolunun işlənməsinə dəyişikliklər təklifi barədə post paylaşılmışdı. Bu addım köhnəlmiş məlumat ötürülmə protokolunun dayandırılması üzrə uzunmüddətli strategiyanın başlanğıc hissəsi kimi qiymətləndirilir.

Planlaşdırılan dəyişikliklər.

Milli.Az technote.az-a istinadən bildirir ki, hazırda brauzer FTP üzərindən faylları əldə etdikdə, imkan olduğu təqdirdə, onları açır. Postun müəllifi Mayk Vest (Mike West) bunu dəyişdirməyi təklif edir. Əgər istifadəçi resursa FTP üzərindən qoşularsa, brauzer faylın yüklənməsini (açılmasını yox) təklif etsin. Qovluğa yönləndikdə isə Chrome əvvəlki kimi qovluğu indeksləməyə davam edib daxilini göstərsin.

Vest FTP-ni köhnəlmiş və qeyri-təhlükəsiz hesab edir və veb-tərtibatçılara HTTPS-ə keçməyi təklif edir. iOS-də bütünlüklə FTP-dən imtina etmək alınıb, lakin digər ƏS istifadəçiləri hələ də bu alətdən istifadə edirlər.

Chrome proqramçıları arasında FTP-dən imtina söhbətləri hələ uzaq 2014-dən bəri gedir. Halbu ki, statistika kiçik amma stabil sayda istifadəçinin bu protokoldan hələ də istifadə etdiyini göstərir və bu hal protokoldan bütünlüklə imtina edilməsinin xoşagəlməz qarşılana biləcəyini xəbərdar edir. Vest-in təklif etdiyi dəyişikliklər bu rəqəmləri endirə bilər. Adət ənənəyə sadiq qalmaq istəyənlər üçün isə proqramçılar modul yaratmağı təklif edirlər.

FTP dəstəyi digər brauzerlarda.

Mütəxəssislərin FTP barədə qərarları birtərəfli deyil. Vest qeyd edir ki, Safari bu protokol üzrə götürülmüş resursları göstərir, amma qovluqları emal etmir, Browserstack platforması isə FTP-ni ümumiyyətlə dəstəkləmir.

Firefox hazırda protokol ilə Chrome kimi işləyir, lakin 2018-ci ilin iyun ayında, tərtibatçılardan biri - Tom Şuster (Tom Schuster), bəyan etdi ki, yaxın gələcəkdə komanda brauzerdən bu alətin dəstəklənməsini yığışdırmağı planlaşdırır.   

Chrome proqramçıları artıq neçə vaxtdır ki, istifadəçilərini HTTPS protokoluna tərəf itələyir. Brauzerin yetmişinci versiyasından başlayaraq HTTP üzrə işləməyən saytlarda şəxsi məlumatları daxil etdikdə ünvan sətrində qırmızı "Not secure" işarəsi işıqlanır. Əslində HTTP-ni təkcə Chrome tirajlamır. Facebook 2018-ci ilin yayından etibarən Javascript SDK üzərindən autentifikasiya çağırışlarını yalnız HTTPS istifadə edən saytlardan qəbul edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.