Maraqlı

Şevval Sam “donuz qripi”nə yoluxub?

8 Dekabr 2018 23:37
1 Şərh     Baxış: 1 251

Xəbər verdiyimiz kimi, müğənni-aktrisa Şevval Sam xəstəxanaya yerləşdirilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 2 gün əvvəl halsızlıq və yüksək qızdırma olduğu üçün xəstəxanaya gətirilən aktrisada İnfluenza virusu aşkarlanıb.

Ş.Samın meneceri onun səhhəti haqda açıqlamasında bu sözləri deyib:
"Xəstəxanaya yerləşdirdik. Halsız idi. İnfluenza A səviyyəsində olduğu deyildi. Ən gec bazar ertəsi evinə gedə biləcək".

Müğənnidə ciddi problem olmadığı deyilsə də, onun "donuz qripi"nə yoluxduğu barədə də iddialar yayılıb. Bu barədə hələ ki, nə Şevval Samdan, nə də həkimindən açıqlama gəlib.

Qeyd edək ki, sözügedən virus burun, boğaz, bronxlar və ağciyərə təsir edən xəstəlikdir. A, B və C olmaqla üç tipi var. Bu virus xəstə insan öskürdükdən sonra yaxınlıqda olan insanlar nəfəs alan zaman yoluxur. Çirkli əllərdən də keçə bilir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    lale · 03:3131

    donuz eti yeyib ona gore neyneyek indi cox bise lazumdiki

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.